Dağıstanda atışma — Ölən və yaralılar var

Dağıstanda yerli sakinlər və polis əməkdaşları arasında silahlı insident olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Levaşi kəndində qeydə alınıb.

Nəticədə 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlərdən birinin Levaşi Polis Bölməsinin şöbə rəisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Share: