Dənizdə batan yeniyetmələrdən daha birinin meyiti tapıldı

Ötən gün Siyəzən rayonunun Zarat kəndində dənizdə batan yeniyetmələrdən daha birini meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, 16 yaşlı kınd sakini Manafov Mehdi Elgün oğlunun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, daha əvvəl Bakı sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun da meyiti idaha əvvəl dənizdən çıxarılıb. Hazırda üçüncü yeniyetmə – Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtraışları davam etdirilir.

 


Share: