“Dənizçilər ölkəmizin dünyanın bütün dənizlərinə “səpələnmiş” elçiləridir…” – Uzaq səfərlər kapitanı

Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı”nın budəfəki qonağı təcrübəli dənizçi, Ərəb Əmirliyində in paytaxtı  “REMAH 1” gəmisinin kapitanı Araz Həsənovdur. Uzaq səfərlər Kapitanı ilə söhbəti təqdim edirik.

Araz bəy, necəsiz, çoxdandır görüşmürük, yaxşı ki, bu sosial şəbəkə var, əlaqə saxlaya bilirik.

-Salam Faiq bəy, yaxşıyam, Siz yaxşı olun. Düz buyurursuz, çoxdandır görüşmürük. Dediyiniz kimi, yaxşı ki, sosial şəbəkə var, virtual da olsa əlaqələrimiz davam edir.

– Xəzər dənizində deyilsiz…

– Hə artıq 8 ildir Xarici şirkətlərdə çalışıram. 2012-ci ildə Dubay dəniz şirkətindən sərfəli  təklif aldım.  Şirkətin “AOS POWER” gəmisini Afrikaya – Sudana aparmag lazım idi. 2400 mil məsafə qət edilməli idi, özü də Somalidən keçmək şərtilə. Mən də razılaşdım və beləcə də 2014 cü ildən XDND dan tamamilə uzaqlaşıb uzaq səfərlərdə üzməyə başladım.

-Deyin, Somalidən keçmisiz, hər hansı yadda qalan bir hadisə, dəniz quldurları və sairlə üz-üzə gəlməmisiz ki?

– Somalinin dəniz sahəsindən 2 gün ərzində keçdik. Sürətimiz pis deyildi, 13 uzel vardı( 1 uzel 1 mil məsafədir. 1 dəniz mili 1853 metrdi –F.B). Gəminin jurnalına iki günə keçdiyimiz məsafə iki il olaraq qeyd olundu. Yəni 2012-ci ilin 31 dekabrı və  2013 – cü ilin 1 yanvarı.

Gəmidə 4 ingilis əsgəri olan  mühafizəçi vardı var idi,  2 nəfər olaraq 6 saat müddətinə silahla növbədə dururdular. Gəmi hər tərəfdən tikanlı məftillə əhatə olunmuşdu.

Gəmiyə hər hansı hücumun qarşısını ləngitmək üçün edilmişdi bu. Bir neçə dəfə dəniz quldurları ilə qarşılaşdıq. Mən yaxından keçən piratların şəklin çəkdim, əslində icazə yox idi. Onlar əsgərləri görüb aralı keçdilər, bizə yaxınlaşmadılar.

– Demək indi də Xəzərdən uzaqdasız, Hazırda harda üzürsüz, hansı ölkənin bayrağı altında?
– İki il Sudanda, 1 il Qətərdə və 2016-cı ildən Ərəb əmirliyinin paytaxtı ABU DHABİDƏ ADNOC da dalğıc işləri və lövbırlərin yerdəyişməsi tipli REMAH 1 gəmisində çalışıram.

Amma sözsüz ki, ürəyinizdə, Azərbaycan bayrağı dalğalanır.

– Düz buyurursunuz, harada olsaqda qəlbimizdə həmişə Azərbaycan bayrağı dalğalanır. Olduğumuz yeri, kapitanı olduğum gəminin ərazisini Azərbaycan bilirəm.

– Araz, başımız sizin xarici sulardakı fəaliyyətinizə qarışdı, unutdum deməyə, bilirsiz ki, bu bizim Müstəqil.az olaraq DSD İB-yi ilə birgə layihəmizdir. “Dənizçi həyatı” adlanan bu layihənin bu dəfəki qonağı sizsiz. Deyin, dənizçi həyatı başqa peşə sahiblərininn həyatından nə ilə fərqlənir?

– Lahlyənizə uğurlar arzulayıram. Səhifənizi izləyirəm, İnanıram ki Birlik olaraq dənizçilərimizə daha çox lazım olacaqsız. O ki qaldı dənizçilərin həyat tərzinə, deyim ki, onlar ilk  növbədə xeyirdən- şərdən uzaq adamlardı, Əlbəttə,Allah şər qismət etməsin, ailə üzvlərini qohum əgrabalarını gec-gec görürlər, başqa sözlə dənizçilərin özəl həyatları var, onları başa düşmək üçün gərək onlarla eyni mühitdə yaşayasan.

Vətəndən uzaqda olursuz. Uzqdan Azərbaycan necə görünür?

– Uzaqdan baxanda mən fəxrlə deyə bilirəm ki, mənim vətənim Azərbaycandır, ölkəmiz daha doğma görünür. Bu ölkəni sevmək, sevmək gərəkdir. İnşallah hər şey də yaxşı olacaq. Azərbaycan dənizçiləri öz bilik və bacarıqlarına və təcrübələrinə görə həmişə ön sıralarda olublar.

Bəs Xəzər dənizi necə?

Mən demək olar ki, 2012 –ci ilin 25 dekabrı gecəsindən, Sudana keçid edən gecədən sonra fırtına görməmişəm. Xəzər uzaqdan böyük bir məktəbin təməlı kimi görünür, əsl dənizçilər yetişdirən anamızdır bizim. Məhz ona görə də böyük oğlumun adın Xəzər qoymuşam.

– Allah saxlasın, adı kimi həyat yaşasın. Araz bəy, səhv etmirəmsə siz ilk olaraq dənizçilik həyatına daha böyük bir akvariumda – okeanda başlamısız..

-Bəli mən Azərbaycan Balıg Sənayesi Texnikumunda oxuyarkən qismətimizə belə bir şans düşdü və bizi Sakit Okeana 1 illik (1989-1990 təcrübə keçməyə göndərdilər, 2 dərəcəlı matros idim o zaman) və biz püxtələşmiş kapitan köməkçisi kimi geri qayitdiq.

– Xəzər Dəniz Neft Donanma idarəsində şalışmısız. Dononmamız, dənizimiz sizə nələri verdi?

-XDND bizə bir həyat məktəbi oldu, yaşama üçün  lazım olan çox şeyləri verdi. Çox dostlar qazandıq, çox dostlar itirdik, bəzən səhvlərimiz də oldu və bu səhvlərdən düzgün nəticə çıxarıb yaşamağı öyrəndik. Allah bütün dünyasını dəyişən dənizçılərimizə rəhmət etsin, dostlara cansağlığı versin.

– Hazırda Azərbaycan mənfur qonşumuz Ermənistanla müharibə vəziyyətindədir. Vətəndən uzaqda olan dənizçilərimiz Vətənimizin dar günündə nə fikirləşir?

– Hal hazırda cəbhədə baş verənlər hamımızı üzür və əlimizdən gələn hər bir köməyi göstərməyə hazırıqki, mənfur düşmən məhv olsun. Ali Baş Komandanın əmrini gözləyənlər sırasında mən də varam. İşlədiyim kollektivdə düşmənlərimizin necə pis niyyətli, yırtıcı, qaniçən, insani hisslərdən uzaq olmaları haqda söhbətlər aparıram. Bilirsiz, biz həm də ölkəmizin dünyanın dəniz boyu “səpələnmiş” elçiləriyik.

Araz kapitan, bəlkə də gecikmiş sualdlr,bunu ilk olaraq xahiş etməliydim, qısaca özünüz haqda bir neşə kəlmə deyərdiz. Oxucularımız, gənc dənizçilərimiz layihəmizin qonağını bir qədər də yaxından tanısın.

– 1967-ci ildə Astarada, müəllim ailəsində doğulmuşam. 1985-ci ildə Azərbaycan Neft və Kimya inistituna daxil ola bilmədim və məsləhət oldu ki, müvəqqəti olaraq Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olum. Beləcə də dənizçi həyatım başladı. 1990-cı ilin avqust ayından 2014 –cü ilə kimi XDND də, İDND – də,  və GSJ də çalışdım. 2011- 2016 –cə illərdə Astarxan Texniki Universitetinin öz ixtisasım üzrə fakultəsini bitirib Ali təhsil aldım.

AXDG QSC nin son 10 ildə əldə etdiyi uğurlarla kifayətlənmək olarmı?

-AXDG QSC haqqında onu deyə bilərəm ki, çoxlu müasir gəmilər alınıb və yeni layihələr üzərində işlər gedir. Doğrusunu gələcək nəsil dənizçilərimizin həyat tərzi göstərəcək. Düşünürəm ki, ənənəsi olan bir Gəmiçilikdir və müasirləşərək dünyanın aparıcı şirkətləri geridə qoyacaq.

– O zaman deyin, daha nə etmək olar ki, Gəmiçiliyimiz Dünyanın aprıcı gəmişilklərini arxada qoya bilsin, əlbəttə siz bir kapitan olaraq nələri öz dənizçilərimizə aşılamaq istərdiz.

– Gəmiçiliyimizi dünyada birincilər sırasında görmək üçün savadlı kadlrlar yetişdirilməsi əsasdır. Və deyim ki, bu hal hazırda belədir də, kadrlar yetişdiirlər. Elə mənim kiçik oğlum Səbuhi ADDA-na yüksək balla daxıl olmuşdu, əlaçı kimi dı bu il Akademiyanı bitirdi. Dənizçiliyimuzın gəlcəyinə nikbin baxıram.

– Çox sağ olun ki, müsahibə üçün zamnan ayırdız

– Dəyməz və mən həmişə hazıram təcrübəmı, bildiklərimi və gördüklərimi maraqlananlarla bölüşəm, bəlkə vətənimə, millətimə zərrə qədər də olsa köməyim dəydi.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

 

 

Share: