Dənizçi sahilə çıxanda daha çox  iki xəbərin şokunu yaşayır

Müstəqil.Az -ın DSD İB yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı Dəniz Nəqliyyat Donanmasının kapitanı Nadir İsmayılovdur

– Nadir kapitan, Sizinlə ”Dənizçi həyatı” layihəsində görüşürük. Necədir dənizçi həyatı?

– Faiq müəllim, “Dənizçı həyatı” layihəsində sizinlə görüşməyimə çox şadam və bu layihədə mənə söz verdiyiniz üşün sizə öz təşəkkürümü bildirirəm. Dənizçinin həyatı ömür boyu çılğın dalğalar qoynunda keçir. Birdə görürsən ki,ömrünün dənizdə xərcləmisən gedib.

Açıklama yok.

-Nadir kapitan, uzun müddətdir dənizçi həyatı yaşayırsız və bu həyatın acılı şirinli anlarını şox görmüsünüz. Sizdə dənizçilik sənətinə maraq necə oldu yarandı, bu haqqda danışardız

– Məndə dənizə maraq orta məktəb illərindən yaranıb. 1981-ci ildə o vaxtkı Qafur Məmmədov adına Dəniz Yolları Məktəbinin gəmi sürücüsü fakultəsinə  daxil oldum və 1984-cü ildə həmin məktəbi bitirmişəm. 1985-ci ildən hal-hazıra kimi gəmiçilikdə işləyirəm. Bu keçən 38 illik dənizçilik sənəti  həyatımda mənə çox şeyi  bəxş edib. Mən 1988-ci ildə “Səməd Vurğun” tankerinə gələndə ilk övladım Namiq dünyaya gəldi. İstəyirdim o da dənizçi olsun. Amma o, dənizçi sənətinin çətin olduğunu bilirdi. Ona görə də dənizi  seçmədi. 2016-cı ildən  ”Bibiheybət” GTZ-nda rəngsaz peşəsində çalışır. Həm də    Rusiyanın Nikolayev şəhərində gəmi gövdə  mühəndisliyi  fakultəsində oxuyur. Kiçik övladım sə dənizçilik sahəsində işləməsə də,  doğma Xəzər dənizimizin adaşıdır. Oğluma Xəzər adını qoydum.  Yuxarıda qeyd etdiklərim  dəniz həyatımın şirin anlarıdır. Dənizçinin acılı anları da olur. İnsan öz əzizlərini itirəndə çox pis olur. Yəqin ki bütün dənizçilər mənim bu fikrimə şərik olarlar. Dənizçi sahilə çıxanda daha çox  iki xəbərin şokunu yaşayır.  Acı və xoş xəbərlərin, hər ikisinə də gecikmiş olur. Tanıdığın insan rəhmətə gedib və yaxud kiminsə xeyir işi olub.

Dənizçi olaraq müxtəlif olkələrdə olmusunuz. Yaddaşınızda daha çox qalan  hansı hadisələrdir?

-Mənim işlədiyim gəmilər çox olmayıb. Çünki həyatımın 33 ilini ancaq “Səməd Vurğun” tankerində işləmişəm. Qara və Aralıq dənizləri sahillərində yerləşən bir çox ölkələrdə olmuşuq. İspaniya, İtaliya, Fransa, Malta, Yunanıstan, Ukraina, Rusiya Türkiyə və sair. Yaddaşımda qalan hadisələr çox olub. İlk dəfə Bosfor boğazını keşəndə İstanbulu seyr etmək mənim üçün çox maraqlı olub.

-Dənizçilərin əksəriyyəti boş vaxtlarını keçirmək üçün müxtəlif xobbiləri olur. Bildiyimiz kimi sizdə bu  hisslərdən uzaq deyilsiz. Taxta üzərində oyma və yaxud modellər yaratmaq səbr tələb edir,Yorulmursuz ki?

– Ümumiyyətlə donanmamızda bacarıqlı dənizçilərimiz çoxdur. Amma ad çəkməyəcəyəm, çünki ola bilsin ki, kimin isə adını unuda bilərəm. Boş vaxtlarında möcüzə yaratmağı bacara  bilirlər. Ələlxusus yaxşı tornaçılarmız var. 2021-ci ilin dekabrında “Səməd Vurğun”gəmisini silinməyə təhvil verdikdən sonra, gəmi üçün darıxmağa başladım və qərara aldım ki, gəminin maketini düzəldim. 2023-cü il, fevral ayından may ayının sonuna kimi maketi tamamladım. Amma mən “Səməd Vurğun” gəmisinin maketini başlayanda çoxları inanmırdı ki, kapitan bu işin öhdəsindən gələ bilsin. Artıq bir həftədən sonra maketin burun hissəsini düzəltdim və bütün heyyət üzvləri üçün gözlənilməz oldu. Hər gün iş vaxtından sonra gəlib maraqla baxırdılar. 4 ay müddətinə maketi düzəltdikdən sonra “Dənizçilərə Sosial Dəstək” İctimai birliyinin sədri, Faiq Balabəylinin səyi ilə, yəni sizin səyinizlə “Səməd Vurğun” gəmisinin maketi İctimai Birliyin sosial şəbəkədəki qrup səhifəsində yayınlanaraq ictimailəşdi. Dənizçilərimizin müsbət rəylərindən bildim ki,maket pis alınmayıb. Kifayət qədər sayda münasibətlər bildirildi.

Bir mətn şəkili ola bilər

-Uzun illərin təcrübəsi sizin peşəkarlığınızdan xəbər verir. Donanmamızın əldə etdiyi uğurlar haqqında nə deyə bilərsiz? Daha nələrə imza atmaq gərəkir?

– Mən deyərdim ki, artıq ASCO bir dünya brendidir. Gəmiçiliyimiz respublikamızın iqtisadiyyatında öndə gedən cəmiyyətlərdən biridir. Biz dənizşilər rəhbərliyin bizə verdiyi bütün tapşırıqları yerinə yetirməyə hər zaman hazırıq. Donanmamızn hər bir uğuru biz dənizçiləri çox sevindirir və budcəmizə nə qədər çox gəlir gəlirsə, bir o qədər yaxşıdır. Çünki bu bizim əmək haqqımızın artmasına səbəb olur. Mən bir kapitan olaraq hər zaman fəxr etmişəm ki, məhz bu  donanmada çalışıram.

Söhbətləşdi: Faiq Balabəyli

Share: