Dəniz üçün… – Fuad Biləsuvarlı

 

Dəniz üçün

Baba laləm deyir, nənə nərgizim,
Ata Ayım deyir, ana gündüzüm.
Mən də belə şəxsən söylədim özüm,
Dənizə bənzəyir gözü Dənizin.

Göyçək yaradıbdı Yaradan onu,
Çiçəkdən tikilib libası, donu.
Maraqlı, mənalı keçər hər anı,
Qalar vətənində izi Dənizin.

Çox şükür Tanrıdan gələn bu paya,
Oxşadır hər bir kəs onu butaya.
Hey meydan oxuyur ulduza, Aya,
Parlayan günəşdi üzü Dənizin.

Səni qanadında saxlasın Allah,
Daima, hər zaman olasan gümrah.
Çempion olubdu yenə maşallah,
Yaman sevindirdi bizi Dənizim.

Evdə böyükləri görsün xeyrini,
Görüm şahzadətək taxtda yerini.
Fuad əmisi də yazdı şerini,
Mənə sağ ol deyər, özü Dənizin.

Müəllif: Fuad Biləsuvarlı

 

Share: