Dəniz quldurları daha bir gəmini qaçırdı

Qvineya körfəzi sahillərində dəniz quldurları bu dəfə ABŞ bayrağı altında üzən yük gəmisinə hücum edib.

Müstəqil.Az-a bu haqda Dənizçilərə Sosial Dəstək İctimai Birliyi  “TRT Haber”-ə istinad edərək məlumat verib.

Məlumata görə, gəmi Kanar adalarından Nigeriyanın Laqos şəhəri istiqamətində hərəkətdə olarkən hücuma məruz qalıb və daha sonra radardan yox çıxıb.

Qeyd edək ki, ekipaj üzvlərinin taleyi haqqında isə hələlik məlumat yoxdur.

Müstəqil.Az

Share: