Dəməşqdə Rusiya səfirliyi ərazisində partlayış

Suriyanın paytaxtı Dəməşqdə Rusiyanın səfirliyi ərazisində partlayış baş verib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bu haqda Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.

SANA-nın məlumatına görə, maşınlardan birinə qoyulmuş əldəqayırma partlayıcı qurğu partlayışa səbəb olub. Partlayışdan heç kim zərər çəkməyib. Hadisənin başqa təfərrüatları açıqlanmır.

Müstəqil.Az
Share: