Dəhşətli hadisədə vəfat edən 6 nəfər Ağcabədidə dəfn edildi

Martın 6-da Azərbaycandan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində vəfat edən 6 nəfərin cənzasəi Azərbaycana gətirilib.

Publika.az xəbər verir ki, dəhşətli qəza nəticəsində vəfat edən şəxslər dünən Ağcabədi rayonunda dəfn edilib.

Qeyd edək ki, mikroavtobusun yük maşınına çırpılması nəticəsində Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət alıblar.

Müstəqil.Az

Share: