Tatarıstanda çalışdığı iş yerində yerləşən nəhəng üyütmə dəzgahının içinə düşən adam faciəvi şəkildə can verib.
Moderator.az xəbər verir ki, Tatarıstanın Zelenodoslsk şəhərində iş zamanı dəzgahın sxemində problem yarandığını görən fəhlə onu təmir etmək qərarına gəlib. Dəzgahı dayandırmadan içinə girən adam bir anda nəhəng və iti bıçaqların olduğu alətin içinə doğru çəkilib.
Bədbəxt adamın faciəvi ölümü iş yerinin təhlükəsizlik kameraları tərəfindən qeyd edilib. Hadisədən sonra firma haqqında cinayət işi açılıb.
Müstəqil.Az