“Crocus”da terror törədənlərin qaçdığı avtomobilin sahibi, qardaşı və atası həbs olunub

“Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı daha üç nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Rusiya KİV-nə istinadən xəbər verir ki, Dilovar, Aminçon və ataları İsrail İslamov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, onlar terrora kömək etməkdə ittiham olunurlar. Məlumata görə, Dilovar İslamov terror aktında şübhəli bilinən şəxslərin idarə etdiyi “Renault” markalı avtomobilin sahibidir. Terrorçular həmin avtomobildə “Crocus”a gediblər və daha sonra hadisə yerindən qaçıblar.

***

19:19

Rusiya Federasiyasının İstintaq Komitəsi Moskvanın Basmannı rayon məhkəməsindən “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı daha üç nəfərin həbs edilməsini istəyib.

Rusiya KİV-nə istinadən xəbər verir ki, söhbət Aminçon və Dilovar İslamov, eyni zamanda, onların ataları İsrail İslamovdan gedir. Onlar terrora kömək etməkdə ittiham olunurlar.

Məlumata görə, Dilovar İslamov terror aktında şübhəli bilinən şəxslərin idarə etdiyi “Renault” markalı avtomobilin sahibidir. Terrorçular həmin avtomobildə “Crocus”a gediblər və daha sonra hadisə yerindən qaçıblar.

Share: