Cozef Bayden ilk dəfə Aİ-nin onlayn sammitində iştirak edəcək

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel ABŞ Prezidenti Cozef Baydeni ilk dəfə Aİ-nin martın 25-26-da təşkil olunacaq və Avropada koronavirus pandemiyasının üçüncü dalğasına görə onlayn formatda keçiriləcək sammitində iştiraka dəvət edib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti özünün tvitterdəki hesabında yazıb.

“ABŞ Prezidentini gələcək əməkdaşlığımızla bağlı baxışlarını bizimlə bölüşmək üçün sammitimizdə iştiraka dəvət etdim. Transatlantik ittifaqımızı yenidən qurmağın vaxtı gəldi!” – Şarl Mişel yazıb.

Müstəqil.Az

Share: