COVID-19 səbəbindən ölüm sayı kəskin azaldı

COVID-19 infeksiyası səbəbindən ölüm sayı 90% azalıb.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

O qeyd edib ki, son həftə ərzində 9,4 mindən çox ölüm qeydə alınıb, fevralda isə həftə ərzində ölüm nisbəti 75 min civarında dəyişib.

Xatırladaq ki, pandemiyasının başlanğıcından indiyədək dünyada 629 milyon yoluxma, 6,5 milyon ölüm faktı qeydə alınıb.


Share: