Corc Buşun ailəsinin ağır günü…

ABŞ-ın 41-ci prezidenti Ata Corc Buşun xanımı və ABŞ-ın 43-cü prezidenti Corc Buşun anası Barbara Buş bu gün səhər saatlarında 92 yaşında vəfat edib.

Müstəqil.az xəbər verir ki, ABŞ-ın keçmiş birinci xanımının ölümü haqqında Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqrat Tvitter vasitəsilə bildirib.

Barbara Buş həyat yoldaşı ilə 73 il ömür sürüb. Bu nikahdan onların beş uşağı dünyaya gəlib. Onun 17 nəvəsi və 7 nəticəsi var.

Makqratın səhifəsində qeyd edilib ki, Buşun dəfn mərasimi haqqında məlumat yaxın vaxtlarda dərc ediləcək.

Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama, həmçinin ABŞ-ın hazırkı prezidenti Donald Tramp və xanımı Melaniya hadisə ilə bağlı Buş ailəsinə başsağlığı verib.

Müstəqil.Az

Share: