Corc Buş hərbi aviasiya təsvirli corablarla dəfn ediləcək.

ABŞ-ın 41-ci prezidenti böyük Corc Buş hərbi aviasiya təsvirli corablarla dəfn ediləcək.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bunu Buş ailəsinin nümayəndəsi Cim Makqrat deyib.

Bildirilib ki, Buş təkcə prezident kimi yox, eyni zamanda gəncliyində corab kolleksioneri kimi də tanınıb:

“Buş corabları ilə əbədiyyətə qovuşacaq. Bu corablarda olan hərbi aviasiya təsvirləri onun 18 yaşında hərbi pilot kimi fəaliyyətə başlamasından xəbər verir”.

Qeyd edək ki, Buş 3 gün öncə 95 yaşında vəfat edib.

Share: