ÇL: “Mançester Siti”, “Real Madrid” və PSJ-dən qələbə, “Yuventus” evdə uduzub – YENİLƏNİB + VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, A qrupunda İtaliya “Napoli”si Şotlandiyada “Reyncers”i darmadağın edib – 3:0.

E qrupunda “Çelsi” İngiltərədə Avstriya “Zaltsburq”u ilə bacarmayıb – 1:1.

F qrupunda turnirin son qalibi olan İspaniya “Real Madrid”i evdə Almaniya “Leyptsiq”inə 2 cavabsız qolla qalib gəlib.

G qrupunda İngiltərənin “Mançester Siti” klubu doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandası üzərində əzmkar qələbə qazanıb – 2:1.

Danimarkada “Kopenhagen” və İspaniya “Sevilya”sı arasında oynanaılan matçda isə hesab açılmayıb.

H qrupunda “Yuventus” İtaliyada Portuqaliya “Benfika”sına uduzub – 1:2.

Fransa PSJ-si isə İsraildə Hayfa “Makkabi”sindən üstün olub – 3:1.

23:25

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tur davam edir.

Oxu.Az xəbər verir ki, günün ilk iki oyunundan biri Milanda, digəri isə Varşavada baş tutub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İtaliyada “Milan”ın qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir matçı ehtiyat oyunçular skamyasında izləyib.

Ukraynadakı məlum hadisələr səbəbindən ev oyunlarını Polşada, Varşava şəhərində keçirən “Şaxtyor” (Donetsk) klubu isə Şotlandiya “Seltik”i il üz-üzə gəlib. Bu oyunda isə qalib müəyyənləşməyib – 1:1.

Share: