ÇL-də həftənin ən yaxşı oyunçusu açıqlandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin dörd cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu ada Portuqaliyanın “Benfika” komandasının yarımmüdafiəçisi Rafa Silva layiq görülüb.

Portuqaliyadan olan 29 yaşlı futbolçu Belçikanın “Brügge” komandasına 5:1 hesabıyla qalib gəldikləri cavab matçında qol vurmuşdu.

ÇL-də həftənin ən yaxşısı oyunçusu adına Mark Kukurelya (“Çelsi”, İngiltərə), Tomas Müller (“Bayern”, Almaniya) və Fikayo Tomori (“Milan”, İtaliya) də namizəd idi.


Share: