Çiy yerkökü yemək üçün beş səbəb

Yerkökünün insan sağlamlığına bir sıra faydaları var. Bu tərəvəz xolesterol səviyyəsini tarazlaşdırmağa, bağırsaq mikroflorasını yaxşılaşdırmağa kömək edir. 

“Qafqazinfo” “MedikForum”a istinadən yerkökünün 5 faydasını təqdim edir:

Yerkökü zəngin karotenoid mənbəyidir.

Yerköküdəki karotinlərin təxminən 80%-i bağırsaqlarımızda A vitamininə çevrilən beta-karotin növündəndir.

Xolesterol səviyyəsinə təsir göstərir.

Yerkökü lif mənbəyidir, həmçinin qan damarlarının və ürəyin vəziyyətinə müsbət təsir göstərən C vitaminidir. Çiy yerkökü yemək qanda xolesterinin balansını yaxşılaşdırmağa kömək edir.

Arıqlamağa kömək edir.

Yerkökünü təbii şəkər və karbohidrat mənbəyi kimi diyetdən xaric etmək tövsiyə olunur. Lakin çiy yerkökü aşağı kalorili şirniyyata yaxşı alternativ ola bilər – onları yemək pəhrizdə əlavə edilən şəkərin miqdarını azaltmağa kömək edir (insanların artıq çəkisinin əsas səbəblərindən biri).

Xərçəngin inkişaf riskini azaldır.

Yerkökün istehlakı xərçəng riskinin azalması ilə əlaqəli olan bitki birləşmələri ilə zəngindir. Xüsusilə, yüksək dozada karotenoidləri müntəzəm qəbul edən qadınların döş xərçənginə tutulma riskini əhəmiyyətli dərəcədə azalda biləcəyi iddia edilir.

Bağırsaq sağlamlığını dəstəkləyir.

Çiy yerkökü lifi yüksək fermentasiya qabiliyyətinə malikdir və bağırsaq üçün prebiyotik rolunu oynayır, faydalı bağırsaq bakteriyalarını artırır. Bu bakteriyaların çoxu qısa zəncirli yağ turşuları istehsal edir ki, bunlar təkcə bağırsaq üçün deyil, sağlamlıq üçün də faydalıdır.


Share: