Çinin “üz xəritəsi” səhhətinizdə bu problemin olduğunu göstərir – MARAQLI,,,

Çinlilər hesab edir ki, sifətin bütün hissələri konkret daxili orqanlarla birbaşa əlaqəlidir.
Dəri bizim orqanizmimizdə ən böyük sahəni tutur. Dəridə sağlamlıqla bağlı xeyli daxili problemlər özünü göstərir. Üzdəki sızanaqlar sağlamlığınızda daha dərin problemlərdən xəbər verir.
Dərinin tipik siqnalları – səpmə, sızanaq və rənginin dəyişməsidir.
Alındakı sızanaq sidik kisəsi və nazik bağırsaqla əlaqəlidir.
Qaşlar arasındakı sahə qara ciyərin vəziyyətinin göstəricisidir. Əgər burda müntəzəm olaraq sızanaq yaranırsa, deməli ciyəri təmizləmək vaxtıdır.
Gözlərin altı böyrəklərlə bağlıdır. O bölgədə yaranan sızanaq böyrəklərin yaxşı işləmədiyinə sübutdur.
Burun ürəyin vəziyyətini göstərir. Burunda sızanaq az yaranır, amma qara nötələrə də diqqət edin
Yanaqların üst hissəsində yaranan sızanaq ağ ciyərlərin vəziyyətindən xəbər verir.
Ağız və çənəaltıda sızanaq mədənin vəziyyətini əks etdirir.
Aşağı çənə və boğaz-hormonlarla bağlıdır.
Çinlilər qeyd olunan bölgələrdə bu əlamətlər görsənərsə həkimə müraciət etməyi məsləhət görür…

Share: