Çinin Şərqi Türküstanda uyğurlara etdiyi zülm davam edir

Burda türklərin beyinlərini “yuyurlar”

Çin Xalq Respublikasının Şərqi Türküstanda müsəlman uyğurlara etdiyi zülm davam edir.

Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Qeyd edilir ki, Şərqi Türküstandakı peşə tədris mərkəzlərində minlərlə uyğur məcburi saxlanılır. Hər nə qədər bu mərkəzlərdə təhsil məqsədi ilə uyğurların saxlanıldığı bildirilsə də, onların dini inanc və həyat tərzlərinə dair bir çox məhdudiyyət tətbiq edilir.

Sözügedən düşərgələri Çinin dəvəti ilə ziyarət edən kanadalı jurnalist Olsi Jazexhi təlim düşərgələrindən ikisini yerindəcə müşahidə etdiyini bildirib. Bu barədə “Avronyus”a danışan kanadalı jurnalist Ağsu və Qaşqar şəhərlərindəki düşərgələrdə olduğunu və buranın təhsil deyil, islah evləri olduğunu söyləyib.

O qeyd edib ki, sözügedən düşərgələrdə insanların beyinlərini “yuyurlar”: “Uyğurlar öz dillərində “Salam” belə deyə bilmirlər”.

Pərviz H.

Share: