“Çini Rusiyanın böyük qardaşı adlandırmaq olmaz” – Video

Rusiya XİN başçısı Sergey Lavrov Çini Rusiya Federasiyasının böyük qardaşı adlandırmağı düzgün saymır. Onun sözlərinə görə, Rusiya-Çin münasibətlərini bu cür kateqoriyalarla xarakterizə etmək olmaz.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə siyasətçi Şərq İqtisadi Forumu çərçivəsində “İzvestiya” informasiya telekanalına müsahibəsində danışıb. Lavrov qeyd edib ki, Çini Rusiyanın böyük qardaşı saymaq olmaz, çünki tərəfdaş münasibətləri kompromislərin və konsensusların axtarışlarını nəzərdə tutur. Məhz elə bu, son dövrlər inanılmaz dərəcədə yüksək səviyyəyə qalxan Moskva və Pekinin münasibətlərində müşahidə olunur.

Xüsusən də, iki ölkə bir-biri ilə strateji əməkdaşlıq edir və çoxplanlı tərəfdaşlığa cəlb olunub. Beləliklə, Rusiya və Çin münasibətlərində diktə müşahidə olunmur, ona görə də Çin Rusiyanın böyük qardaşı deyil.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Share: