Çingiz Abdullayevin yaradıcılıq gecəsi təşkil olunacaq

Mayın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində Opera Studiyasının konsert salonunda Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi təşkil ediləcək.

Kulis.az xəbər verir ki, tədbirdə yazıçının həyat və yaradıcılığından, onun əsərlərindən bəhs olunacaq.

Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. O, 200-dən çox kitabın müəllifidir. Bu gün dünyanın bir çox ölkələrində onun əsərləri böyük tirajla çap edilərək, satılır.

Share: