Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiriləcək

Fevralın 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirdə yazıçının həyat və yaradıcılığından, onun əsərlərindən bəhs olunacaq.

Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. O, 200-dən çox kitabın müəllifidir.

Share: