Çindən Türkiyəyə koronavirusu tez təyin edən 2 milyon test gətirildi

Türkiyə Çindən koronavirusu 15 dəqiqə ərzində təyin edən 2 milyon test alıb.

REAL Türkiyə mətbuatına istinadla xəbər verir ki, testlərin ilk partiyası bu gün səhər Türkiyəyə gətirilib.

Çinin Şanxay şəhərindən gətirilən sürətli diaqnostik testləri daşıyan yük təyyarəsi səhər saat 5:00-dan etibarən Atatürk Havalimanına eniş edib.

Ümumilikdə Çindən Türkiyəyə hissə-hissə 2 milyon test gətiriləcək.

Share: