Çində zəlzələ nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb

Çinin şimal-qərbindəki Qansu əyalətində gecə yarısı baş verən zəlzələdə ölənlərin sayı artrıb.

xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, hadisə zamanı ölənlərn sayı 127-ə çatıb.

İki vilayətin sərhədinə yaxın bir bölgədə baş verən zəlzələdə Qansuda 536, Çinxayda isə 198 nəfər xəsarət alıb.

***

19.12.2023

Saat 10:44

Çinin şimal-qərbindəki Qansu əyalətində gecə yarısı baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb, 250-dən çox insan yaralanıb.

xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin gücü 6,2 bal olub və 10 km dərinlikdə baş verib. Zəlzələnin episentri olan Cisişan dairəsinin səlahiyyətliləri 5 minə yaxın bina və tikilinin dağıldığını bildirib.

***

05:02

Zəlzələ nəticəsində Çinin Qansu və Çinxay əyalətlərində azı 111 nəfər ölüb.

xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

***

03.08

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb.

xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Regional qərargahın məlumatına görə, daha 96 nəfər xəsarət alıb.

Zəlzələnin episentrinə yaxın ərazidə evlərə və infrastruktura ziyan dəyib, su və elektrik enerjisi kəsilib, yollar dağılıb.

***

23.31

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.

xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekin vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 20:00) maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşir.

Share: