Çində rüşvət alan məmur barədə ölüm hökmü verildi

Çinin şərqindəki Tayan şəhərində məhkəmə Liaonin əyalətinin Xalq Siyasi Məsləhət Şurasının (Şimal-Şərqi Çin) keçmiş sədr müavini Li Vensi barəsində 540 milyon yuan (indiki məzənnə ilə təxminən 78 milyon dollar) rüşvət aldığına görə ölüm hökmü çıxarıb.

Hökm iki il gecikdirilməklə icra olunmalıdır. Eyni zamanda, dövlət təqsirləndirilən şəxsin bütün əmlakını müsadirə edir. Həmçinin iki il müddətdən sonra edamın cəzanın daha da yüngülləşdirilməsi hüququ olmadan ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi də planlaşdırılır.

Yerli məhkəmə orqanlarının fikrincə, Li Vensinin qanunsuz hərəkətləri “ölkənin və xalqın maraqlarına ciddi ziyan vurub”. Lakin təqsirləndirilən şəxs istintaqla fəal əməkdaşlıq edib və bu, yüngülləşdirici hal kimi qəbul edilib.

Çində 2012-ci ildə Si Cinpinin başçılığı ilə “beşinci nəsil” hakimiyyətə gəldikdən sonra hökumət korrupsiyaya qarşı mübarizəni gücləndirib. Son illər genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində o cümlədən yüksək səviyyəli bir çox məmur postlarından məhrum olublar və azadlıqdan məhrumetmə və ya ömürlük həbslə cəzalandırılıblar.

Mənbə: People.cn

Share: