Çində “iPhone” istehsalı təhlükə altındadır

Çində dünya üzrə “iPhone” tədarükünün 70 faizini həyata keçirən “Foxconn” şirkəti problemlərlə üzləşib.

COVID-19 məhdudiyyətlərinə görə “Foxconn”un Çjençjou zavodu tam gücü ilə fəaliyyət göstərə bilmir. 200.000 işçisi olan şirkətin xeyli sayda əməkdaşları evə göndərilib.

Mütəxəssislərin fikrincə, məzuniyyət mövsümü və Yeni il bayramları ərəfəsində istehsal şirkətlərinin hazırda çox iş yükünün olması problemi daha da dərinləşdirir. Bu səbəbdən “Apple” smartfonlarının istehsalı təhlükə altında qalıb, hətta 30 faiz azala biləcəyi qeyd edilir.

“Foxconn” rəsmiləri bildiriblər ki, rəhbərlik vəziyyəti nəzarətə götürür və istehsal tempini yüksək səviyyədə saxlamağa çalışacaq.

“Apple”dan isə bu məsələ ilə bağlı şərh verilməyib.

Mənbə: Lenta.ru

Share: