Çində helikopter qəzasında 3 nəfər öldü

Çinin şimalındakı Şaansi əyalətinin mərkəzi Sian şəhərində hava kruiz turu üçün istifadə edilən helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, “China Daily”nin məlumatına görə, “Shaanshi Longyi General Aviation” şirkətinə məxsus helikopter “Dicayyuen” turizm mərkəzində qəza edib.

Helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.


Share: