Çində dünyanın ən böyük Günəş teleskopu quruldu

Çin alimləri Günəşi müşahidə etmək üçün ən böyük yerüstü teleskopun sonuncu anteninin quraşdırılmasını başa çatdırıblar.

Daoçen Günəş Radio Teleskopunun 2023-cü ilin iyununda fəaliyyətə başlaması gözlənilir.

Teleskop diametri bir kilometrdən çox olan dairə boyunca yerləşən 313 altı metrlik parabolik antenadan və onun mərkəzində yüz metrlik kalibrləmə qülləsindən ibarətdir. Teleskop ölkənin cənub-qərbində, dəniz səviyyəsindən təxminən dörd kilometr yüksəklikdə yerləşən Sinxay-Tibet yaylasında yerləşir.

Teleskop Meridian layihəsi çərçivəsində istifadəyə verilir. Fırlanan antenalar Yer orbitinə təsirini öyrənmək üçün Günəşdəki partlayışları müşahidə edəcək.

Teleskopun dizayneri U Lindir.

Qeyd edək ki, 2008-ci ildə startı verilən Meridian layihəsi çərçivəsində çinli alimlər yaxınlıqdakı kosmik məkanı izləmək üçün yerüstü stansiyalar şəbəkəsi yaradırlar.

Mənbə: TASS

Share: