Çində COVİD-19-la bağlı məhdudiyyətlər azaldı

Çin hökuməti koronavirusla bağlı məhdudiyyətlərin azaldılması ilə bağlı qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ölkədəki etirazların bir çox şəhəri əhatə etməsi olub.

Belə ki, ictimai nəqliyyat artıq PCR testinin nəticəsini tələb etmir, barlar və restoranlar yenidən açılır.

Lakin bu, bütün məhdudiyyətlərin sona çatması demək deyil. Çünki ölkədə hələ də yoluxma halları müşahidə edilir.


Share: