Çində 1,5 milyona yaxın sosial media postu silinib

Çinin kiberməkan tənzimləyicisi dezinformasiyaya qarşı mübarizə üçün iki aylıq əməliyyatdan sonra 1,5 milyona yaxın sosial media postunun silindiyini bildirib.

Bu il martın 10-dan mayın 22-dək daha geniş kampaniya çərçivəsində 67 min sosial media hesabı bağlanıb. Bağlanan  hesablardan təxminən 8 mini “saxta xəbərlər, şayiələr və zərərli məlumatlar yaydığı” üçün silinib.

Bildirilir ki, 2021-ci ildən bəri Çin hökuməti kiberməkanı “təmizləmək” və səlahiyyətlilərin nəzarətini asanlaşdırmaq üçün milyardlarla sosial media hesabını hədəfə alıb.

Mənbə: rbc.ua

Share: