Çikaqoda Zelenski imzası olan Ukrayna bayrağı satıldı

Çikaqoda keçirilən xeyriyyə hərracında Ukrayna bayrağı 69 min dollara satılıb.

Bu barədə ukraynalı jurnalist Natalya Ostrovskaya “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Bayrağın üzərində Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Milli Qvardiyanın komandanı və “Azovstal”ın müdafiəçiləri öz imzalarını qoyublar.

“Ukrayna bayrağı üçün 69 000 dollar! Çikaqo, dəstəyinizə və köməyinizə görə təşəkkürlər. Siz inanılmazsınız!” – deyə məlumatda qeyd edilib.

Həmçinin vurğulanıb ki, bayrağı Çikaqoda İvano-Frankovsk vilayətindən olan və logistika şirkətinə sahib olan ukraynalı qadın alıb. Onun tammiqyaslı işğalın ilk günündən Ukraynaya kömək etdiyi qeyd edilib.

Jurnalist həmçinin əlavə edib ki, bütün vəsait Ukraynaya yardıma gedəcək.

Mənbə: UNİAN

Share: