“ChatGPT” rəhbəri: “Gələn il ABŞ-də seçkilərə süni intellektin təsir edəcəyindən narahatıq”

“Ən böyük narahatlıqlarımdan biri süni intellektin gələn il ABŞ-də seçkilərə təsiretmə potensialıdır”.

Bu barədə məşhur “ChatGPT” çat-botunu hazırlayan “OpenAI” şirkətinin baş direktoru Sem Altman ABŞ Senatında süni intellektin gələcək seçkilərlə bağlı ictimai rəyi proqnozlaşdırmaq və ona təsir etmək qabiliyyəti ilə bağlı sualı cavablandırarkən etiraf edib.

O, deyib ki, bu, əhəmiyyətli bir narahatlıq sahəsidir, çünki süni intellekt istifadəçi sorğularına cavab olaraq bir növ interaktiv dezinformasiyanı manipulyasiya etmək, inandırmaq və təmin etməkdə getdikcə daha çox güclənir.

Altman bildirib ki, effektiv qaydaların yaradılması üçün bu sahə və qanunvericilər arasında əməkdaşlıq lazımdır. O, texnologiyanın istifadəsinin yanlış istiqamətə gedəcəyi təqdirdə, bunun ciddi nəticələri ola biləcəyini vurğulayıb və belə bir şeyin olmaması üçün hökumətlə işləməyə can atdıqlarını qeyd edib.

Mənbə: Ukrainskaya Pravda

Share: