ChatGPT Nobel mükafatı laureatı üçün nitq yazdı

Süni intellektli chatbot olan ChatGPT Çin yazıçısı və ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mo Yan üçün nitq yazıb.

Kulis.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Mayın 16-da Mo Yan mükafatı “Vençenq” romanı “Şouho” ədəbi jurnalının reytinqində birinci yeri qazanmış yazıçı Yu Huaya təqdim edib.

“Adətə uyğun olaraq, mükafatı alması münasibətilə ona tərif nitqi yazmalı oldum. Bir neçə gün yazmağa çalışdım, amma heç nə alınmadı”, o etiraf edib və əlavə edib ki, doktorant ona çatdan istifadə etməyi məsləhət görüb.

“Bir göz qırpımında Şekspir üslubunda min simvoldan ibarət mətn peyda oldu” deyə Mo Yan bildirib.

Qeyd edək ki, Mo Yan 2012-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb.

Share: