Ceyran dərisinə yazılmış cadu kitabı tapıldı – FOTOLAR

Türkiyədə qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizə şöbəsi tərəfindən təşkil olunan əməliyyatda tarixi xarakterdə olduğu düşünülən cadu kitabı ələ keçirilib.
Moderator.az xəbər verir ki, ceyran dərisi üzərində yazılmış kitab Kayseridən İstanbula gələn bir avtomobilə aparılan baxış zamanı ortaya çıxıb.
İçində 5 nəfərin olduğu avtomobildə araşdırma aparan polislər oturacağın altına tikilən 49 səhifəlik kitabın cadu kitabı olduğunu və  İstanbulda yüksək qiymət qarşılığında bir nəfərə satılacağını bildirblər.
Qeyd edək ki, kitabın tarixi xarakterdə olub olmamasının müəyyən edilməsi üçün ekspert tərəfindən tədqiq ediləcəyi ifadə edilib.
Share: