“Ceyms Bond”dan Azərbaycana dəstək

Məşhur Hollivud aktyoru Pirs Brosnan Azərbaycana dəstək olub.

Müstəqil.Az  xəbər verir ki, Pirs Brosnan “Nargis magazine” jurnalının İnstaqram hesabında bu sözləri qeyd edib:

“Bakı ilə bağlı çox qeyri-adi təcrübə yaşamışam. Hər yerdən neft buruqları görünürdü, bu, qeyri-adi mənzərə idi. Amma mən həm də çox isti qarşılandığımı və evə çoxlu qara kürü ilə qayıtdığımı xatırlayıram. Həmçinin gözəl insanların əhatəsində keçirdiyim xoş axşamlar da yadımdadır”.

Müstəqil.Az 

Share: