Ceymi Karrager Ronaldunun açıqlamaları barədə: “Azarkeşlərin 99%-i məşqçinin tərəfində olacaq”

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunun klubun baş məşqçisi haqqında fikirlərinə münasibət bildirib.

Karrager Ronaldunun Erik Ten Haqa hörmət etməməsi ilə bağlı sözlərini şərh edib.

“Ronaldu menecerə hörmət etmədiyini söylədi. Erik Ten Haqın rəhbərliyi altında olan Ronaldu ayrılmaq istədiyini bildirdi, əvəzedici kimi meydana çıxmaqdan imtina etdi, ehtiyat oyunçular skamyasını tərk etdi və oyun başa çatmamış stadiondan çıxdı.

“Yunayted” azarkeşlərinin 99%-i Erik Ten Haqın tərəfində olacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, Ronaldu daha əvvəl demişdi ki, Erik Ten Haqa hörmət etmədiyini bildirib. Portuqaliyalı bu mövsüm Premyer Liqanın on oyununda bir qol vurub.

Mənbə: Championat.com

Share: