Ceyhun Bayramov İsrailə səfər edəcək

Martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edəcək.

Bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, C.Bayramov İsraildə səfirliyimizin açılış mərasiminə qatılacaq.

Onun İsrail rəsmiləri ilə görüşü gözlənilir.

Share: