Çexiyanın yeni prezidenti Ukraynaya səfər edəcək

Çexiyanın yeni seçilmiş Prezidenti Petr Pavel apreldə Ukraynaya səfər edəcək.

O, bu barədə bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.

Xəbəri Çexiya Prezidentinin mətbuat katibi Marketa Rjexakova yayıb.

Onun sözlərinə görə, Zelenski Pavellə danışıqların aparılmasını xahiş edib və görüşün inauqurasiyadan sonra mümkün qədər tez baş tutmasında maraqlıdır.

Ukrayna dövlət başçısı Paveli vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.

“Onlar Prezident Pavelin Ukraynaya mümkün səfərini müzakirə ediblər və bunun apreldə baş tutacağına dair razılığa gəliblər. Onlar həmçinin yaxın aylarda Çexiyanın Ukraynaya dəstəyini müzakirə ediblər”, – Çexiya liderinin mətbuat katibi bildirib.

Xatırladaq ki, Pavelin andiçmə mərasimi martın 9-da Praqa qəsrində baş tutub.

Mənbə: rbc.ua

Share: