Çempionlar Liqası: 10 komanda pley-offa yüksəlib

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. 

“Report”un məlumatına görə, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşib.

Azərbaycan təmsilçisi “Qarabağ” Macarıstanda “Ferenstvaroş”a 3:1 hesabı ilə qalib gələrək, pley-offa adlayıb. Ağdam təmsilçisi növbəti raundda Moldova “Şerif”ini mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə üz-üzə gələcək.

Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan “Lüdoqorets”ini sınağa çəkib. İlk matçda 2:1 hesabı ilə qalib gələn meydan sahibləri cavab görüşündə də rəqibinə şans verməyib – 4:2. “Dinamo” pley-off-da Norveçin “Bude Qlimt” komandası ilə görüşəcək.

“Qarabağ”, “Viktoriya” və “Dinamo” ilə yanaşı, İsrailin “Makkabi” (Hayfa), Serbiyanın “Srvena Zvezda”, Portuqaliyanın “Benfika”, Niderlandın PSV, Ukraynanın “Dinamo” (Kiyev) və Şotlandiyanın “Reyncers” klubları da pley-offa adlayıblar.

UEFA Çempionlar Liqası
Cavab oyunları

20:00. “Jalgiris” (Litva) – “Budö Qlimt” (Norveç) – 1:1

Qollar: Fransis Kyereme, 39 – Yoel Miquşa, 51

Qırmızı vərəqə: Petar Mamiç, 55 (“Jalgiris”)

İlk oyun – 0:3

21:00. “Apollon” (Kipr) – “Makkabi” (Hayfa, İsrail) – 2:0

Qollar: Erven Onjenda, 19. İsrael Kol, 27

İlk oyun – 0:4

21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Şerif” (Moldova) – 2:1

Qol: Yan Kliment, 10. Con Moskera, 62 – İbrahim Raşid, 47 (penalti)

Qırmızı vərəqə: Stefanos Evangelu, 85 (“Şerif”)

İlk oyun – 2:1

21:00. “Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya) – 0:2

Qollar: Kaku Kanqa, 44 (penalti). Milan Pavkov, 60

İlk oyun – 0:5

21:45. “Midtüllann” (Danimarka) – “Benfika” (Portuqaliya) – 1:3

Qol: Pione Sisto, 63 – Entso Fernandes, 23. Enrike Arauju, 56. Dioqu Qonsalveş, 88

İlk oyun – 1:4

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) – 1:3

Qol: Abdullah Zubir, 7. İbrahima Vadji, 54; 78

İlk oyun – 1:1.

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan) – 4:2

Qol: Yosip Drmiç, 12. Mislav Orsiç, 27. 44 – Kiril Despodov, 45+4. 49 (penalti), Bruno Petkovic, 87 (penalti)

İlk oyun – 2:1

22:30. PSV (Niderland) – “Monako” (Fransa) – 3:2 (ƏLAVƏ VAXTDA – 1:0)

Qol: Joey Veerman, 21. Erik Qutyerres, 89. Lük de Yonq, 109 – Gilermo Maripan, 58. Vissam Ben-Yedder, 70

İlk oyun – 1:1.

22:30. “Şturm” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:2 (ƏLAVƏ VAXTDA – 0:2)

Qollar: Rasmus Hoylunn, 27 – Konstantin Vivçarenko, 97. Viktor Tsıqankov, 112

Qırmızı vərəqə: Manprit Sarkariya, 105+1 (“Şturm”)

İlk oyun – 0:1

22:45. “Reyncers” (Şotlandiya) – “Yunion” (Belçika) – 3:0

Qollar: Ceyms Tavernye, 44. Antonio Colak, 58. Malik Tilmann, 99

Qırmızı vərəqə: Jan Tyerri Lazar, 90+4 (“Yunion”)

İlk oyun – 0:2

Share: