Çelsinin məğlubiyyəti azarkeşlərin səbrini daşırdı..-VİDEO

İngiltərə Premyer Liqasının son turunda “Çelsi” Stamford Bric adına stadionunda 28 ildən sonra əzəli rəqiblərindən olan “Totenhem”ə uduzub.

Müstəqil.Az xəbər verir ki, 1:3 hesablı məğlubiyyət həm də “zadəganlar”ın Çempionlar Liqasında mübarizə aparmaq üçün vəsiqə verən ilk “dördlük”dən aralı düşməsinə – 8 xal fərq yaranmasına səbəb olub.

Məhz bu üzdən oyundan sonra “Çelsi” azarkeşləri məğlubiyyəti həzm edə bilməyiblər. Qarşı tərəfin fanatları Fulhem Roudla gedərkən “La Reserve Hotel”in barında əyləşmiş “Çelsi” azarkeşləri onlara hücum edib.

Həmin anın görüntülərini hotelin eyvanından Co Forester çəkib. Həmin görüntünü təqdim edirik:

Share: