“Çeburaşka”nın davamı çəkilir

“Çeburaşka”nın yeni versiyasında bağban Gennadi rolunu oynayan aktyor Sergey Qarmaş müəlliflərin artıq animasiya filminin davamı üzərində işlədiyini təsdiqləyib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, lentin kassadakı böyük uğuru davam filminin çəkilməsi məsələsini gündəmə gətirib və artıq onun çəkilmsəinə qərar verilib.

İkinci film hələ çəkilmə mərhələsində olduğu üçün Sergey əlavə təfərrüatları açıqlamayaıb. Filmin premyera tarixi isə hələ təyin edilməyib.

Qeyd edək ki, “Çeburaşka”nın ilk premyerası bu ilin əvvəlində baş tutub və lent kassada 6,7 milyard rubldan çox pul yığaraq rekorda imza atıb.

Çeburaşka” cizgi filmi ən çox gəlir gətirən ilk on film layihəsində yer  alıb - AZƏRTAC

Share: