Çayda anası ilə birlikdə batan şəxsin meyiti tapıldı

Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti həmin gün Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.


Share: