Çavuşoğlu və Lapid arasında telefonla danışıblar

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun israilli həmkarı Yair Lapid arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Məlumatda qeyd edilib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, ölkələrarası əlaqələrin yumşalması, həmçinin İsrail prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri planı haqqında fikir mübadiləsi aparılıb.

Müstəqil.Az

 

Share: