Çavuşoğlu: “Finlandiya və İsveç terrorçularla bağlı öhdəliklərini hələ də yerinə yetirməyib”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiya Ankaranın NATO-ya daxil olması ilə bağlı etirazlarını aradan qaldırmaq üçün üzərinə götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyib.

Nazirin sözlərinə görə, Skandinaviya ölkələri Türkiyə ilə razılaşmalar üzrə hələlik konkret addımlar atmayıb.

Çavuşoğlu qeyd edib ki, bu problemin müzakirəsi üçün üç ölkənin birgə komitəsinin ilk iclası avqustun 26-na planlaşdırılıb.

Mənbə: Haber Global

Share: