Castin Klüvert London klubuna keçdi

“Fulhem” “Roma”nın hücumçusu Castin Klüvertin transferi üçün şərtləri razılaşdırıb.

London klubu 23 yaşlı vingeri satın alma imkanı ilə icarəyə götürəcək.

Qeyd edək ki, ötən mövsüm Klüvert icarə əsasında “Nitsa”da çıxış edib. Fransa yığmasının heyətində 31 oyuna çıxan hücumçu 6 qol vurub, 7 məhsuldar ötürmə edib.

Transfermarkt oyunçunu 15 milyon avro dəyərində qiymətləndirir.

Xatırladaq ki, Castin “Ayaks”, “Barselona” və Niderland millisinin məşhur sabiq hücumçusu Patrik Klyuvertin oğludur.

Mənbə: sport-express.ru

 

Share: