Çarli Çaplinin nəvəsi “Avatar”da rol alacaq

“Çarli Çaplinin nəvəsi Una Çaplin Ceyms Kemeronun “Avatar” franşizasının üçüncü hissəsində rol alacaq.

Kulis.az xəbər verir ki, bu barədə “Avatar: Suyun yolu” filminin prodüseri Con Landau məlumat verib.

Una Çaplinin Varanq adlanan personajı Pandora planetinin yerli xalqlarından olan Navi Od qəbiləsinin başçısıdır. Prodüser Landau qeyd edib ki, bu xarakter aborigen qəbiləsinin digər nümayəndələrindən daha mənfi fiqur olacaq.

“Yaxşı insanlar və pis insanlar var. Eyni şey Navi üçün də keçərlidir”- ,deyə prodüser əlavə edib.

Share: