Çalğın Məhəmməd “Fahişə”yə şeir yazdı

Çalğın Məhəmməd

Haradan başlayım səni?
Haradan oxuyum?
Sinəndəki dağlardanmı?
Qıçlarını birbirinə düyünləyən dərədənmi?
Məndən qabaq,
Nə almalıqlar əkiblər yanaqlarında?
Məndən sonra,
Nə şeirlər oxunacaq dodaqlarında?

Haradan başlayım səni?
Gözlərindən?
Sən dənizi görübsənmi heç?
Dişlərindən?
Qu quşunun son səsini oxuyubsanmı?
Döşlərindən?
Bu yoxsulluq ətrini üstünə kim səpmiş?
Ovuclarını aç!
Kəpənəklərin uçuşlarına baxmaq istərəm

Haradan oxuyum səni?
Uzana bilərəmmi?
Qollarını açsam pırobləm yox ki?
Saçlarını varaqlayıram hala
Sən hansı dildə yazılıbsan qız?

Haradan başlayım səni?
Haradan oxuyum?
Sinəndə ki dağlardanmı?
Qıçlarını birbirinə düyünləyən dərədənmi?
“Çəkil paltarlarımı geyinim lütfən
Bağışla ağa
Vaxtın qurtarıb”

Share: