Cənubi Amerikada böyük qaz ehtiyatları aşkar edilib

Boliviyada “Marqarita Huacaya” yatağında yeni təbii qaz ehtiyatları aşkar edilib. Həmin ehtiyatlar hesabına potensial olaraq gündə 3 milyon kubmetrə qədər qaz istehsal edilə bilər. Bu barədə ölkə prezident Luis Arse öz Twitter səhifəsində məlumat verib.

“Keçən il başladığımız araşdırma öz bəhrəsini verib”, – deyə Asce yazdı.

Boliviyanın YPFB neft-qaz şirkətinin məlumatına görə yeni “Marqarita 10” quyusu ölkədə ən böyük qaz yatağı olacaq.

Müstəqil.Az

Share: