Cənnətdə ilk ad gününü keçirən şəhid Əliheydər Hüseynli

Ağstafa şəhidi Əliheydər Hüseynli cənnətdə ilk ad gününü qeyd etdi
 
Aprelin 14-ü Ağstafa rayon Qırılı kəndinin şəhidi Əliheydər Hüseynlinin cənnətdə ilk ad günü və şairə Esmira Günəşin şəhidimizə həsr etdiyi “Oğul düşmən çəpəridir!”kitabının təqdimatı oldu. İlk olaraq şəhidin məzarı ziyarət olunduqdan sonra pandemiya qaydalarına uyğun olaraq 3 hissəli tədbir həyata keçirildi.
Tədbirin ikinci hissəsi şəhidimizin təhsil aldığı Ağstafa rayon Texniki Təmayüllü Liseydə, üçüncü hissəsi isə şəhidimizin ev muzeyində baş tutdu. Gələn qonaqlar şəhidimiz haqqında “Nöqtə” qəzetində dərc olunan məqalələr və kitabı ilə tanış oldular. Qonaqların hər biri müəllifdən imzalı kitab əldə edərək, xatirə şəkilləri çəkdirdilər. Tədbirin sonunda qonaqlar ehsan süfrəsinə dəvət olundular.
Şəhidin ailəsi sonda çıxış edərkən, şəhidimizin gələcək nəsillərə layiqincə tanıdılmasında əziyyəti olan şairə Esmira Günəşə, Ağstafa rayonunda şəhidimizin xatirəsinə həsr olunmuş tədbirin həyata keçirilməsində əziyyəti olan İcara başçısı Seymur Orucova, Rayon Təhsil şöbəsinin rəhbəri Mədət Zeynalova, AYB-nin üzvü və həmçinin Təhsil şöbəsinin nümayəndəsi Əli Cəfəroğluna, eləcə də bu işdə əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi.
Ruhun şad olsun, şəhidim!
Esmira Günəş
Müstəqil.Az
Descripción no disponible.
Descripción no disponible.
Descripción no disponible.
Share: