Cəlilabadda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza zamanı iki minik avtomobili toqquşub.

Nəticədə rayon sakinləri – Gülxas Kazımova və İlahə İbrahimova xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: